Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.02.2024  10:57 

Sabiq sədrin bacısı haqda yeni cinayət işi başlanıldı





A+  A-

Dələduzluğa görə bacısı ilə birgə həbsdə olan İlknur Turkut haqda yeni cinayət işi başlanılıb.

Turkut Binəqədi Rayon Polis İdarəsinə daxil olmuş vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib. O, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

Bu günlərdə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşi hakim Zamiq Bağırov araşdıracaq.

Qeyd edək ki, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər. İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək 1 milyon manata yaxın ziyan vurublar./"Qafqazinfo”

Xəbər 986 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +