Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


17.09.2022  20:26 

Toqquşmada ermənilərin məhv edilən texnikalarının sayı açıqlandı





A+  A-

Media Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin sayını açıqlayıb.

Mərkəzdən XəzərNews.az-a verilən məlumata görə, Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib. 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 3 minatan,1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500-dən çox döyüş sursatı qənimət kimi götürülüb.

Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb.

Bildirilib ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb.

Ermənistan tərəfinin 450 nəfərədək canlı qüvvə itirdiyi qeyd olunub.

Xəbər 941 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +