Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


04.06.2019  15:29 

Metroda havalandırma üçün ventilyator quraşdırılacaq





A+  A-

Bu ayın sonuna qədər metro stansiyalarda havalandırmanın yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq.
XəzərNews.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev jurnalistlərə açıqlamasında deyib.

N.Abdullayev qeyd edib ki, hazırda metronun “Memar Əcəmi” və “ Qara Qarayev” stansiyalarında hərəsində bir ədəd olmaqla 75kVt-luq ventilyatorlar quraşdırılıb:

“Hazırda xüsusi sifariş əsasında Rusoyanın “Ventprom” maşınqayırma zavodunun məhsulu olan 7 ventilyator Bakıya gətirilib. Ventilyatorların idarəetmə sistemləri Almaniyanın “Siemnes” və “Schneider” şiekətlərinin avadanlıqları üzərində qurulub. İlin sonuna qədər stanaiyalarda 7 ventilyator dəyişdiriləcək, gələn il üçün isə daha 10 ədəd ventilyatorun alınması nəzərdə tutulur”.

Metropoliten rəsmisnin sözlərinə görə, qarşıdakı vaxtlarda Nizami, Nərimanov və Ulduz stansiyalarında da ventilyatorlar quraşdırılacaq: “Ventilyatorlardan 4-ü 75kVt-luq , 3-ü isə 55kVt-luqdur. 2 ədəd 55kVt-luq ventilyator “Nərimanov” və “Ulduz” stansiyalarının arasındakı tuneldə, 1-i isə “Nizami” stansiyasında quraşdırılacaq”.

Xəbər 1467 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +