Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


12.02.2025  18:00 

VII - Biznes və İqtisad Elmləri üzrə Beynəlxalq Konfrans keçirilir





A+  A-

Bakı Biznes Universiteti və İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (IKSAD) Birgə Təşkilatçılığı ilə Kaoru Işikava adına VII - Biznes və İqtisad Elmləri üzrə Beynəlxalq Konfrans keçirilir.

XəzərNews.az xəbər verir ki, Konfrans dünyanın müxtəlif ölkələrindən alimlər və tədqiqatçıları bir araya gətirərək, müasir iqtisadiyyat və biznes sahəsində aparılan tədqiqatların, innovativ yanaşmaların və keyfiyyət idarəetməsi sahəsində beynəlxalq təcrübələrin müzakirəsinə geniş imkan yaradıb.

Konfransın açılışını Bakı Biznes Universitetinin Elmi İşlər üzrə Prorektoru, Hüquq üzrə Fəlsəfə Doktoru Məleykə Abbasova etdi.

O, öz çıxışında tədbirin beynəlxalq akademik əməkdaşlıq üçün önəmini vurğulayaraq, belə konfransların elmi bilik mübadiləsinə və yeni araşdırmaların təşviqinə mühüm töhfə verdiyini qeyd etdi. Daha sonra IKSAD-ın prezidenti Doktor Mustafa Latif Emek konfransa onlayn qatılaraq iştirakçıları salamladı və konfransın işinə uğurlar arzu etdi.

Konfransın təşkilində əməyi keçən hər kəsə təşəkkür bildirildi. Bu beynəlxalq tədbirin akademik biliklərin genişlənməsinə və elmi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi vurğulandı.

Bundan əlavə, IKSAD-ın Azərbaycandakı koordinatoru Əlvan Cəfərov da çıxış edərək konfransın iqtisadi və sosial tədqiqatlar sahəsindəki əhəmiyyətindən danışdı. O, bu cür tədbirlərin akademik bilik mübadiləsinə töhfə verdiyini və alimlər arasında yeni əməkdaşlıq imkanları yaratdığını qeyd etdi.

Konfransa Azərbaycan, Türkiyə, Rumıniya, Nigeriya, Mərakeş, Ukrayna, Vyetnam, Albaniya, Əlcəzair və Hindistan da daxil olmaqla 10 ölkədən 200-ə yaxın alim və tədqiqatçı qatıldı. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Tibb Universitetindən Tibb üzrə Fəlsəfə Doktoru Sabrin Ali Azim iştirak etdi. Sessiyalar həm onlayn, həm də üz-üzə formatda keçirildi və iştirakçılar biznesin idarə olunması, iqtisadi inkişaf modelləri, süni intellekt və keyfiyyət idarəetməsi kimi aktual mövzularda fikir mübadiləsi apardılar.

Konfrans çərçivəsində Kaoru Işikavanın keyfiyyət idarəetməsi sahəsindəki töhfələri də geniş müzakirə olundu. Onun Işikava diaqramı və Keyfiyyət Dairələri kimi metodları müasir müəssisələrdə problemlərin həlli və davamlı inkişafın təmin olunması üçün geniş tətbiq edilir.

Azərbaycan və Türkiyə arasında elmi və iqtisadi əməkdaşlığın ildən-ilə daha da inkişaf etdiyini vurğulayan çıxışçılar, bu kimi beynəlxalq tədbirlərin yeni elmi layihələr üçün zəmin yaratdığını qeyd etdilər.

Konfransın sonunda iştirakçılar birgə tədqiqatların aparılması və elmi əməkdaşlığın dərinləşdirilməsi barədə təkliflər irəli sürdülər. Bu tədbir iqtisadiyyat və biznes sahəsində yeni tədqiqatların təqdim edilməsi və elmi biliklərin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Qeyd edək ki, konfrans iki gün – 11-12 fevral 2025-ci il tarixlərində davam edəcək.

Xəbər 3358 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +