Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava


02.05.2025  12:55 

Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir?





A+  A-

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdiyi iddia edilib.

XəzərNews.az oxu.az-a istinadən xəbər verir ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib.

Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb.

Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Xəbər 2883 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +