Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


03.11.2023  11:58 

Qazaxıstan Qəzza ilə bağlı çağrış etdi





A+  A-

Qazaxıstan Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən narahatdır və Qəzza sektorunda yaşayan əhali üçün humanitar dəhlizlərin açılmasına çağırır.

Bunu Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu Türk Dövlətləri Təşkilatının xarici siyasət idarələri rəhbərləri şurasının Astanada keçirilən iclasında deyib.

“Ölkələrimizin və xalqlarımızın sabitliyini və rifahını təmin etmək üçün mövcud geosiyasi təlatümlər və iqtisadi çağırışlar bizdən Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə səylər tələb edir. Qazaxıstan Yaxın Şərqdə zorakılığın artmasından çox narahatdır və biz dərhal atəşkəsə çağıran beynəlxalq ictimaiyyətə qoşuluruq. Qəzza əhalisi üçün humanitar dəhlizin açılması diplomatiyamızın prioritet vəzifəsidir”, - deyə Murat Nurtleu bildirib. Onun sözlərinə görə, münaqişə tərəfləri diqqətlərini sülh danışıqlarına yönəltməlidir.

Qeyd edək ki, bu gün Astanada Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü keçirilir. Sammitdə təşkilata üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla yanaşı, müşahidəçi olan Macarıstan və Türkmənistan rəhbərləri iştirak edirlər./AZƏRTAC

Xəbər 2354 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +