Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


13.12.2019  10:37 

16 yaşlı oğlan əsgər yolasalma məclisində qan tökdü





A+  A-

Ağcabədi rayonunda əsgərlik yığıncağı bıçaqlanma ilə yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Hüsülü kəndində yaşayan Namiq Məmmədov evinin həyətində oğlunun hərbi xidmətə getməsi münasibətilə məclis təşkil edib. Burada kənd sakinləri 37 yaşlı Seymur Mirzəyev ilə 16 yaşlı Ə.M. arasında mübahisə yaranıb. Seymur Ə.-yə yaşının az olmasına görə onunla mübahisə edə bilməyəcəyini deyib.

Bu söz Əliheydəri hiddətləndirib. Bundan sonra Seymur məclisdən çıxaraq evinə doğru getməyə başlayıb. 16 yaşlı Ə. onun arxası ilə gedərək evinə çatanda Seymuru darvazalarının qarşısında çiyin, kürək və bel nahiyəsindən 5 dəfə bıçaqlayıb. Seymur Mirzəyev yaralı vəziyyətdə evinə gedib və ailə üzvləri tərəfindən xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, Ə.M. şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.

Xəbər 1752 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +