Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


08.06.2017  19:16 

Fransanın yeni prezidentindən Əliyevə məktub





A+  A-

Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron azərbaycanlı həmkarı İlham Əliyevə məktub ünvanlayıb.
XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın milli bayramı münasibətilə Sizə, eləcə də bütün Azərbaycan xalqına səmimiyyətlə ən xoş sülh, rifah və tərəqqi arzularımı çatdırıram.

Ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər, xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi.

Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək.

Eyni zamanda, Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin, nəhayət, tapılmasında Fransa Minsk qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaqdır.

Hörmətli cənab Prezident, Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Xəbər 1750 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +