Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


16.05.2017  12:19 

“Azərbaycandakı Rusiya QHT-lərinin fəaliyyəti yoxlanılmalıdır“





A+  A-

Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunması Milli Məcisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
XəzərNews.az-ın xəbərinə görə, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu, ümumi münasibətlərin pisləşməsinə yönəlik bir addımdır. Deputat qeyd edib ki, Rusiyada bəzi qüvvələr Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirmək istəyirlər. Onun sözlərinə görə, Azərbaycanda rusdilli məktəblər, bağçalar var.

“Amma Ermənistanda belə məktəblər yoxdur. Bununla belə Rusiyanın dövlət adamları gedib Qarabağ separatçıları ilə bir tədbirdə iştirak edirlər”-deyə o bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda Rusiya ilə bağlı məsələlərdə öz neytrallığını qoruyub saxlayıb. Deputat bildirib ki, Milli Məclis bununla bağlı müraciət hazırlamalıdır. O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti ilə bağlı müraciət hazırlayıb aidiyyatı orqanlara müraciət ünvanlayacaq.

“Onların fəaliyyəti ilə bağlı hesabat təqdim olunmalıdır. Parlamentin dostluq qrupu da bu məsələ ilə bağlı müraciət hazırlamalıdır”-deyə əlavə edib.

Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, Azərbaycan həmişə beynəlxalq təşkilatlarda Rusiyanı dəstəkləyib.

Xəbər 1847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +