Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub
Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı
Məmməd Musayev vəzfəzindən kənarlaşdırıldı
Arvadımın çılpaq videolarını yaydı - Məhkəmə
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib
Naxçıvanda 46 milyon manatlıq pozuntu aşkarlandı
Ukrayna Kursku pilotsuz təyyarələrlə vurdu
Sahibkar xanım nazirliyin qarşısında özünü yandırmağa cəhd edib


31.03.2025  18:59 

Deyəcəksiniz ki, yox, bu hara, o hara?





A+  A-

Gəlin Makronun ən nüfuzlu rəqibi, Fransanın sağçı Milli Birlik (RN) partiyasının lideri Marin Le Penin həbs edilməsini də Əkrəm İmamoğlunun həbsi qədər eyni coşqu, eyni ehtiras və eyni aqressivliklə paylaşaq, müzakirə edək, etiraz bildirək...

Deyəcəksiniz ki, yox, bu hara, o hara? Ya da deyəcəksiniz ki, Türkiyə bizə qardaş ölkədir, Fransanın isə bizə dəxli yoxdur?

Xeyr, dəxli çoxdur. Türkiyə bizə nə qədər qardaş ölkədirsə, Fransa da bizə elə bir o qədər düşmən ölkə sayılır. Bu ölkə 44 günlük müharibədən sonra açıq şəkildə erməni separatizmini dəstəkləyir. Makron isə dünyanın bir nömrəli ermənipərəst lideri rolunda çıxış edir. Ona görə də Makron öz potensial rəqibini günün günorta çağı həbs etdirirsə, bu həbsin nəticələrinin birbaşa Azərbaycana da aidiyyatı var.

Hərçənd ki, Marin Le Penin özü də qatı ermənipərəstdir. Lakin biz onun həbsindən Makronun anti-Azərbaycan siyasətinə qarşı əks təbliğat vasitəsi kimi yararlana bilərik.

Ona görə də hörmətli əkrəmçilər, buyurun, bu meydan, bu da siz, İmamoğlunun tale ortağı olan Marin Le Pen haqqında da paylaşımlar edin. Və Ərdoğanın qeyri-demokratlığından söz açdığınız kimi, hərdənbir Makronun da anti-demokratlığını sorğulayın.

P.S.
Yeri gəlmişkən, Marin Le Pen korrupsiyada və digər cinayətlərdə ittiham olunur. O, dörd il müddətinə azadlıqdan məhrum edilib. İki il şərti azadlıqda olacaq, iki il isə elektron qolbaqla gəzəcək. Le Pen, həmçinin, beş il müddətinə səsvermə hüququndan da məhrum edilib.

Bəybala Mirzəyev

Xəbər 1392 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +