Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.08.2017  15:30 

Bakının ən varlı iş adamı 290 dəfə radara düşüb – Cəriməni ödəmir





A+  A-

Azərbaycanın ən məşhur iş adamlarından biri İsgəndər Xəlilov yol polisinə olan borcunu ödəmir.
XəzərNews.az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, “İSR” Şirkətlər Qrupunun rəhbəri, milyonçu İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı "Mercedes S class" markalı avtomobil 290 dəfər radara düşüb və müxtəlif qayda pozuntularına görə elektron protokollar tərtib edilib. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq milyonçu iş adamı təxminən 10 min manata yaxın cəriməni ödəmir.

Araşdırmalar zamanı məlum olub ki, İsgəndər Xəlilovun digər avtomobilin nömrəsi 10 AA 306-dır. Lakin belə bir nömrə hazırda DYP-nin Mərkəzi-Məlumat Sistemində mövcud deyil. Görünür, milyonçu iş adamı saxta nömrədən də istifadə edir.

Qeyd edək ki, iyulun 27-də Bakıda yol polisinin keçirdiyi reyd zamanı İsgəndər Xəlilova məxsus 90 AA 306 dövlət nömrə nişanlı avtomobil Aeroport yolunda hərəkətdə olarkən ödənilməyən cərimələrə görə DYP əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Lakin iş adamı polisin qanuni tələbini yerinə yetirməyərək hərəkəti davam etdirib və maşını saxlamaq mümkün olmayıb.


Xəbər 1662 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +