Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.04.2019  11:57 

Nəticəsi ləğv olunanlar arasında olimpiada qalibləri də var





A+  A-

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahanlardan sonra kitabçalarının abituriyentlərə verilməməsinə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, o, dünya təcrübəsinə əsasən standartlaşdırılmış imtahanlarda kitabçaların abituriyentlərə verilmədiyini qeyd edib:

"Buraxılış imtahanlarında istifadə olunan tapşırıqların nümunələri yer tutan jurnallar satışa çıxardıq. Ancaq 2-3 mindən çox satılmadı.

Mart ayında 9-cu sinif şagirdlərinə buraxılış imtahanları keçirildi. 37 mindən çox şagird iştirak edib və onlardan cəmi 26 mini öz cavablarına baxıb. 12 min şagird heç imtahan cavabına baxmayıb.

Kitabçaların şagirdlərə verilməsini istəyən bir qisim şəxslər sadəcə maddi marağını güdür. Mən həmin şəxsləri müəllim adlandıra bilmərəm. Onlar abituriyentləri cəlb etmək, daha çox qazanmaq üçün şagirdlərə müxtəlif qanunsuz təkliflər edirlər.

Biz uşaqları yerləşdirən zaman çalışırıq ki, eyni sinifdə oxuyan şagirdlər bir otağa düşməsin. Ancaq indi sosial şəbəkələrdə qruplar yaradılıb. Bunu edənlər kimlərdir?

İki fənn olimpiya qalibinin nəticələri ləğv olunub. Biri humanitar fənlərdən, ikincisi isə texniki fənləri yaxşı bilir. Səbəb bir-birinə kömək etmələri. Bu kimi hallar baş verdiyi zaman heç bir güzəşt göstərilmir".

Xəbər 1219 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +