Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.10.2024  15:57 

Diaspor sədri Prezidentin çağırışına qoşuldu - Foto/Video





A+  A-

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstək məqsədilə Gədəbəy rayonunun Nərimankənd kəndində 1000-ə yaxın ağac əkdirib.

Xəzərnews.az Diaspora.TV-yə istinadən xəbər verir ki, Nərimankənd kənd bələdiyyəsinini təşəbbüsünə qoşulan diaspor sədri kənddə bir neçə sosial layihələr də həyata keçirir.



Kəndin əsas küçəsi, məktəbin həyəti və diaspor sədri tərəfindən inşa olunan futbol meydançasının ətrafına əkilən ağaclar taxta dirəklərlə möhkəmləndirilib, qulluq üçün su boruları ilə təmin olunub. Qarşıdakı günlərdə daha 5 ha ərazidə bağ salınması nəzərdə tutulub. Artıq bununla bağlı müvafiq yer icarəyə götürülüb, hazırda həmin yerin mal-qaradan mühafizəsi ilə əlaqədar müəyyən işlər aparılır.



Qeyd edək ki, görülən işlər ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin yaxşılaşdırılmasına xidmət edir.





Xəbər 6328 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +