Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


10.01.2018  16:18 

Səudiyyə şahzadəsi öz ordusunu yaratdı





A+  A-

Səudiyyə Ərəbistanı müdafiə naziri, vəliəhd Məhəmməd bin Salman dünyanın ən iri özəl hərbi şirkəti sayılan “Blackwater”in əsasında kiçik ordu yaradıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Sabq” qəzeti məlumat yayıb.

“Əl-Əcrəb qılıncı” adı verilən qurum 2015-ci ildə qurulsa da, Kral qvardiyasının tərkibində birbaşa və yalnız vəliəhd şahzadəyə tabe olan kiçik ordunun olması bu yaxınlarda məlum olub.

Qrupun şəxsi heyətinə ciddi hərbi hazırlıq keçmiş beş min sıravi əsgər və zabit daxildir. Çevik reaksiya qüvvələrinə hava desantı, hərbi dənizçilər, etiraz aksiyalarının yatırılması üzrə dəstələr, mühəndis-istehkamçılar, həmçinin snayperlər daxildir.

Qəzetin məlumatına görə, elit briqadanın əsas missiyası kralı, vəliəhd şahzadəni, həmçinin çox vacib şəxsləri mühafizə etmək, kral iqamətgahlarını qorumaq, monarx və oğlunun təşkil etdiyi bütün tədbirlərdə təhlükəsizliyi təmin etməkdir.

Bəzi məlumatlara görə, Məhəmməd Bin Salmana tabe olan dəstələr noyabrın əvvəlində qalmaqallı korrupsiya istintaqı çərçivəsində şübhəlilərin saxlanılması ilə bağlı aparılan reydlərdə iştirak edib. Həmin vaxt onlarla biznesmen, keçmiş və hazırda vəzifədə olan nazir və şahzadə Ər-Riyadın dəbdəbəli Ritz-Carlton hotelinə yerləşdirilərək, ətrafdan təcrid edilmişdi.

Yeni hərbi qurumun adının da xüsusi mənası var. “Əl-Əcrab” qılıncı Səudiyyə Ərəbistanının ikinci dövlətinin (1824-1834) əsasını qoyan imam Türki bin Abdulla bin Məhəmməd əl Səudla (1755-1834) bağlıdır.

XIX əsrdə artefakt imam Səud bin Feysəl Əl Səudun vasitəsilə Bəhreynin o vaxtkı şeyxi İsa bin Xəlifəyə ötürülüb. Qılınc hakim Əl Xəlif ailəsində 140 il saxlanılıb və 2010-cu ildə Səudiyyə kralı Abdulla bin Əbdül Əziz Əl Səuda qaytarılıb. Sonradan isə həmin qılınc miras yolu ilə 2015-ci ildə taxta gəlmiş, hazırkı monarx Salman bin Əbdül Əziz Əl Səuda nəsib olub.

Xəbər 1541 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +