FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır


06.04.2025  20:10 

Hacı Beyləqanskinin Telman İsmayılovla fotosu gündəm oldu - Fotolar





A+  A-

Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan azərbaycanlı “qanuni oğru” Hacıbaba Talıbxanlının instagram səhifəsində paylaşdığı foto gündəm olub.

XəzərNews.az xəbər verir ki, Hacı Beyləqanski martın 29-da doğum günü ilə bağlı Azərbaycanda anadan olan yəhudi iş adamı Telman İsmayılovla fotosunu paylaşıb. Foto Hacının izləyiciləri tərəfindən təqdir olunub.

Qeyd edək ki, Hacı Beyləqanski hazırda həbsdədir. O, 2019-cu ildə qətl hadisəsinə görə həbs edilib. Moskva Şəhər Məhkəməsi qanuni oğrunu təqsirli bilərək, 19 il azadlıqdan məhrum edib. O, iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının dövlət sərhədini keçməkdə təqsirli bilinib.

Hacıbaba Talıbxanlı 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. O, 2012-ci ildə qanuni oğru tituluna layiq görülüb.
Hacı Beyləqanski mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) ən yaxın adamlarından biri kimi tanınır.





Xəbər 2528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +