Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


13.03.2024  09:13 

İkinci dəfə ailə qursam...





A+  A-

"Mənə evlilik təklifi edən şəxs sənət aləmindən deyil. O məni uzun zamandır ki, tanıyır və sevir. Ona qarşı sevgim olmadığına görə "yox" cavabını verdim. Xətrini dost kimi istəyirəm, amma ailə qurmaq istədiyim şəxsi gərək sevim".

Xəzərnews.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova deyib.

İlk evliliyi uğursuz olan sənətçi ikinci dəfə ailə qurması ilə bağlı bunu dilə gətirib:

"Mən yenidən sevərək, illər əvvəl yaşadıqlarımı unutmaq istəyirəm. Çünki boşananda çox travma almışdım. Həyatımda sağlam sevgi istəyirəm. İkinci dəfə ailə qursam, həqiqətən də o şəxsi ürəkdən sevməliyəm.

Tək olmaq yaxşıdır. Əslində, tək də deyiləm, yanımda ailəm və dostlarım var".

Dilarə bildirib ki, sevgi məsələlərində ilk addımı heç zaman özü atmır:

"Mən bir kişiyə görə də ağlaya bilərəm. Məncə, əgər insanı sevirsənsə, ağlamaq olar. Heç zaman ilk addımı mən atmıram. Düşünürəm ki, əgər kimsə sevirsə, yanımda olmaq istəyirsə, məni mütləq özü axtarıb tapacaq"

Xatırladaq ki, D.Kazımova türkiyəli iş adamı Mert Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu. 2018-ci ilin fevralında cütlük rəsmi şəkildə boşanıb.

Xəbər 978 dəfə oxunub.




29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +