“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


02.01.2024  21:42 

Ötən il Antalya şəhəri 15 milyona yaxın xarici turisti qəbul edib





A+  A-

Ötən il Türkiyənin Antalya şəhəri 15 milyon 689 min 258 xarici turisti qəbul edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumatda deyilir.

Bildirilib ki, bununla da bütün zamanların rekordu əldə edilib.

Ötən il Antalya ən çox Rusiyadan - 3 milyon 461 min 762 turist qəbul edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 14 % çox olub.

Almaniyadan bu şəhərə 3 milyon 363 min 510 nəfər turist gəlib. Alman turistlərin sayında da 2022-ci illə müqayisədə 19 % artım olub.

Antalyaya Böyük Britaniyadan də xeyli sayda turist gəlib. Şəhərə 14,8% artımla 1 milyon 318 min 215 britaniyalı turist səfər edib.

Ötən il Polşadan da 1 milyon 68 min 150 nəfər tətil üçün Antalyaya üstünlük verib. Bu ölkədən gələn turistlərin sayında əvvəlki ilə nisbətən 39,60 % artım olub.

Antalyaya ən çox ziyarətçi göndərən ilk on ölkə müvafiq olaraq Niderland, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna olub.


Xəbər 1150 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +