Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.01.2020  13:46 

Müharibədə ABŞ-ın ən zəif yeri





A+  A-

Avrasiyada müharibə baş verərsə, nəqliyyat donanmasının vəziyyətinə görə ABŞ məğlubiyyət riskini daşıyır.
XzəərNews.az-ın məlumatına görə, “Forbes” jurnalının köşə yazarı Loren Tompson belə hesab edir.

O qeyd edir ki, ABŞ həmişə öz ərazilərindən çox uzaqda hərbi əməliyyatlar keçirir, buna görə də döyüş bölgəsinə qoşun, texnika və təchizatları köçürməyə məcbur olurlar, bu isə mürəkkəb məntiqi tapşırıq və Hərbi Dəniz Qüvvələrinin (HDQ) zəif yeridir.

Jurnalistin sözlərinə görə, hazırda HDQ 65 "ro-ro" (təkər bazasında malların və sərnişinlərin daşınması üçün gəmi) istifadə edir. Ancaq bu gəmilər çox köhnəlib, onların yalnız 40 faizi döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. ABŞ sözügedən gəmiləri “potensial müharibə zonaları”na yaxın yerləşdirməklə bu vəziyyəti həll etməyə çalışır.

HDQ müharibə vəziyyətində mülki gəmilərdən istifadə edə bilər, lakin bu, qoşunların təminatı ilə bağlı vəzifələri həll etməyəcək.

Tompsonun fikrincə, dəniz nəqliyyatının olmaması səbəbindən “dünyanın ən bacarıqlı quru qüvvələri” müharibəyə gec daxil ola və ya effektiv mübarizə qabiliyyətini itirə bilər.

Xəbər 1718 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +