Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb


16.12.2018  11:12 

Çaylarda suyun səviyyəsi artıb





A+  A-

Çaylarda sululuq səviyyəsi dəyişib.
XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Son dəfə məntəqədə su sərfi 82,5 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2017-ci il dekabrın 14-də 380 sm), Şirvanda 333 sm (2017-ci il dekabrın 14-də 269 sm), Salyanda 297 (2017-ci il dekabrın 14-də 232 sm), Bankədə 257 sm (2017-ci il dekabrın 14-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2017-ci il dekabrın 14-də 130 sm) təşkil edib.

Xəbər 1651 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +