Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir


22.02.2018  12:27 

Bakıda I sinfə qəbul başladı





A+  A-

2018-2019-cu tədris ili üçün Bakı şəhəri üzrə orta məktəblərin I sinfinə qəbul başlayıb.
XəzərNews.az-ın xəbərinə görə, elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Vətəndaşlar elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual yarandıqda şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı narazılıq yarandıqda isə şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də [email protected] elektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallarına aydınlıq gətirə bilərlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılmış Müsabiqə Komissiyası tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılır.

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi prinsipi əsasında aparılır. Bu isə paytaxtın təxminən 15 faiz məktəbini əhatə edir.

Xəbər 1607 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +