Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


06.06.2017  17:48 

Formula 1-də maksimal sürət azalacaq – RƏSMİ





A+  A-

“Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində maksimal sürətin artmasını gözləmirik, əksinə sürət bir qədər azala bilər”.
XəzərNews.az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və Formula 1 yarışları üzrə direktoru Çarli Vaytinq deyib.
O bildirib ki, bu il Formula 1 bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir:

“Ötən il maksimal sürət 378 km/saat olmuşdu, bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq. Ötən il Bakıda keçirilən Formula 1-də dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu".

Ç.Vaytinq əlavə edib ki, Bakı və trass Formula 1 yarışı üçün hazır vəziyyətdədir. “Ötən illə müqayisədə Bakı Şəhər Halqası yarışa daha hazırlıqlıdır. Hər şey yüksək səviyyədə təşkil edilib”.

Ç.Vaytinq əlavə edib ki, Bakıda trekə baxışdan sonra təhlükəsizlik tədbirlərinə yenidən baxılıb: “Təxminən 6-7 döngədə təhlükəsizlik tədbirlərini gücləndirdik. Bu ildən Formula 1 bolidlərinin həcmi 20 sm artacaq. Lakin düşünmürəm ki, Formula 1 bolidlərinin qabaritlərinin artması təhlükə yaratsın".

Xəbər 1533 dəfə oxunub.



28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +