Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


17.09.2021  09:46 

Bakıda bu mənzillər ucuzlaşır





A+  A-

Avqust ayında Bakıda təkrar mənzil bazarında 1 kvadrat metrin orta qiymət 1696 manatdan 1646 manata düşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, faiz nisbətilə ay ərzində azalma 2,95 faiz, il ərzində isə 1,73 faiz təşkil edib.

N.İbrahimov əlavə edib ki, ilkin mənzil bazarında isə 1 kvadrat metrrin orta qiyməti 1401 manatdan 1428 manata yüksəlib. Ay ərzində artım 1,93 faiz, il ərzində isə 13,18 faiz təşkil edib.

Ekspert köhnə binalarda mənzillərin ucuzlaşmasını struktur dəyişikliyi ilə əlaqələndirib: “İki il bundan əvvələ qədər 1970-ci ilə qədər tikilən mənzillərin ipoteka krediti ilə alınmasına banklar tərəfindən şərait yaradılırdı. Ancaq iki il bundan əvvəl 1970-ci ilə qədər olan köhnə mənzillərin kreditləşməsinə məhdudiyyət qoyuldu və nəticədə zaman-zaman köhnə evlərin bazar portfelində payı artır və nəticədə qiymət aşağı düşür çünki həmin evlərin satışda sayı çox olsa da alıcısı azdır.

Ancaq ilkin mənzil bazarında qiymətlərin bahalaşması bir neçə faktorla bağlıdır. Birinci faktor təklifin azalmasıdır. İkinci faktor tikintinin maya dəyərinin bahalaşmasıdır. Bu faktorlar son nəticədə ilkin mənzil bazarında qiymətlərin bahalaşmasına gətirib çıxarır”.

Xəbər 2536 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +