30.04.2025 14:31
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
“Belə görünür ki, Avropa Qafqaza baxanda Azərbaycanın neft və qaz quyularını görür, lakin Ermənistanın demokratiyasına və bu ölkənin təhlükəsizliyinə isə məhəl qoymur”.
XəzərNews.az tanınmış jurnalist Elbəyi Həsənliyə istinadən xəbər verir ki, bu barədə qərbin ən nüfuzlu nəşrlərindən olan “politico.eu”-nun (“Europe’s diplomatic blind spot: Kallas’ visit to Baku” - Avropa diplomatiyasının kor (qara) ləkəsi: Kallasın Bakı səfəri) adlı məqaləsində belə deyilir.
Məqaləni Mark McInnes qələmə alıb. Lord Mark Makinnes Böyük Britaniyanın Lordlar Palatasının üzvü və Ermənistan üzrə Ümumi Partiyalı Parlament Qrupunun sədr müavinidir.
O yazır ki, aprelin 24-də bütün dünyada ermənilər 1915-ci il soyqırımında həlak olan 1,5 milyon insanın xatirəsini yad edib. Ertəsi günü Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas regional tur üçün Ermənistana deyil, Azərbaycana səfər edib.
Ermənistan vətəndaşları İrəvanda genosid qurbanları xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoyarkən Avropanın baş diplomatı Bakıda kameralara gülümsəməsi hansı mesajı verir? Kallas niyə belə həssas bir tarixdə Azərbaycana xoşqılıq münasibət göstərdi? Bu suala xoş olmayan cavab enerji siyasəti ilə bağlıdır.
Avropalı parlamentarilər tələsik şəkildə Kallasın səfərindən narahat olduqlarını bildirdilər.
"Siz Bakıdakı avtoritar rejimə baş çəkirsiniz və İrəvanda mövcud olan demokratiyadan qaçırsınız. Azərbaycan bizim dəyərlərimizi rədd etdiyi halda, Ermənistan Avropa İttifaqına yaxınlaşır", - keçmiş Bundestaq üzvü Maykl Rot yazıb.
“Avropa İttifaqının Ali Nümayəndəsinin Bakı həbsxanalarında erməni məhbusların qaldığı bir vaxtda, özü də aprelin 25-də Azərbaycana səfər etməsini öyrənmək qalmaqal xarakterli bir xəbər idi”, - deyə fransalı deputat İzabelle Santyaqo bildirib.
Xəbər 709 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|