Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?
Antalyada İlham Əliyev Ərdoğanla görüşüb
Stiv Vitkoff Putinlə görüşə bilər
Çin ABŞ mallarına rüsumları 125%-ə qaldırdı
Avropa yenə Ukrayna üçün toplaşdı
“QHT işi” üzrə daha bir nəfər məsuliyyətə cəlb olunub
Tovuzda 5 məktəbli dəm qazından zəhərləndi
İran Ermənistanda ABŞ diplomatlarını girov götürə bilər - Politoloq
Vahid Əhmədovun oğlu hakim təyin olundu


25.03.2025  22:43 

Evi qızıl və pula görə yandırıbkar - VİDEO





A+  A-

Xəbər verdiyimiz kimi, martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Bayram günü evi yanan kişi pulunun və qızıllarının oğurlandığını iddia edir.

XəzərNews.az “APA TV”yə istinadən xəbər verir ki, ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu bildirib.

Onun sözlərinə görə, yanğından sonra qızıl-zinət əşyalarını və pulları yerində tapmayıb: “Mən rayona getmişdim. Zəng etdilər ki, eviniz yanır. Yanğın hadisəsi də elə qızılın və pulun olduğu yerdə olub. Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki?!”

S. Cumerdov oğruların evə eyvandan girməsindən şübhələndiyini də sözlərinə əlavə edib: “Hadisə gecə saatlarında olub. Hava da yağışlı idi. Çöldə adam olmayıb, tonqal yandırılmayıb. Buna görə də girmək çox rahat olub deyə düşünürəm. Yanğından sonra qızıl və puların olduğu yerə baxmışıq. Orada nə pulun çantasına, nə də qızılın qabına aid hələ ki hər hansı bir detal tapmışıq”.

Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçirib. Yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.

***

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən (DİN) “Qafqazinfo”ya bildirilib ki, oğurluq olması ilə bağlı iddialar araşdırma predmetidir: “Yanğınla əlaqədar aidiyyəti dövlət qurumu müvafiq araşdırma aparır. Vətəndaşın kirayə yaşadığı evdən pul və zinət əşyalarının oğurlanması, evə müdaxilə edilməsi ilə şübhələr üzrə iddialar araşdırma predmetidir. Bununla bağlı ərazi polis orqanında qanunauyğun tədbirlər görülür”.





Xəbər 2213 dəfə oxunub.



11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi


BÜTÜN XƏBƏRLƏR +