Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


11.04.2019  10:21 

Sudanda hərbi çevriliş - Prezident istefaya gedir





A+  A-

Sudan ordusu ölkədə hərbi çevriliş edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hərbçilər 75 yaşlı prezident Ömər əl-Bəşiri hakimiyyətdən endirmək və hökuməti dağıtmaq qərarına gəliblər.

“TASS” agentliyi yerli KİV-ə istinadən iddia edir ki, Sudanın hərbi şurası ölkədə hakimiyyəti bir il ərzində ələ almağa hazırlaşır.

Prezident sarayı əsgərlər və zirehli vasitələrlə mühasirəyə alınıb. Bundan başqa, hərbçilər saat 06:00-da Sudanın dövlət televiziya və radio şirkətinin binasını ələ keçirərək yayımı dayandırıblar.

“Amerikanın səsi” radiosunun müxbiri Harun Maruf tvitterdə bildirib ki, hazırda Hartum şəhərinin küçələrində əsgərlər dolaşır.

Xatırladaq ki, son bir neçə həftədir ki, Sudanda prezidentin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir. Etirazçılar ordu rəhbərliyinə müraciət edərək 30 ildir prezident postunda olan Ömər əl-Bəşiri hakimiyyətdən endirməyi xahiş ediblər.

***

“Al-Hadath” telekanalının məlumatına görə, Sudan prezidentinə tabe olan hazırkı və keçmiş səlahiyyətli şəxslərdən bir neçəsi, xüsusilə keçmiş müdafiə naziri, prezident qvardiyasının rəhbəri Əbdül Rəhim Məhəmməd Hüseyn, hakim “Milli konqress” partiyasının sədri Əhməd Harun və eks-vitse-prezident Əli Osman Taha həbs olunub.

***

“Al-Arabiya” telekanalı şəxsi mənbəsinə istinadən xəbər verir ki, Ömər əl-Bəşir istefaya getməyə razılaşıb.

Xəbər 1268 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +