“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


27.08.2024  12:47 

Zaqatalada qətl hadisəsi baş verib -YENİLƏNİB





A+  A-

Zaqatala rayonunda qətl törədilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Xəzərnews.az-a bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib. Rayon sakini 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır.

***

Xəzərnews.az xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində Tarıyel Əhmədovun qızının evində baş verib. Əvvəllər rayonda həkim kimi çalışmış T.Əhmədov orada qızıgildə qalırmış.

Bildirilir ki, T.Əhmədovla tanışı Həsən Davudov arasında bir müddət imiş pul məsələsinə görə narazılıq olub. Hətta tərəflər arasında məhkəmə çəkişməsi də davam edirmiş.

Hadisənin də bu zəmində baş verməsi ehtimal edilir.

***

Zaqatala Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.

Bildirilib ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər 5773 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +