İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


14.03.2018  16:54 

Britaniya 24 rus diplomatı ölkədən qovdu





A+  A-

Rusiya vətəndaşı olan və ingilis kəşfiyyatına çalışan keçmiş cəsus Sergey Skripalla qızının İngiltərədə zəhərlənməsi olayı ilə bağlı Britaniya hökuməti sərt addım atıb.
XəzərNews.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Mey olayla əlaqədar 23 rus diplomatın deportasiya edildiyini elan edib. Mey əlavə edib ki, diplomatlara Britaniyanı tərk etmələri üçün bir həftə vaxt verilib.

Diplomatların deportasiyası zəhərlənmə olayının arxasında Rusiyanın dayandığını iddia edən Böyük Britaniyanın bu ölkəyə cavab addımı olacaq.
Belə ki, martın 12-də Tereza Mey Rusiyanı Skripal və qızının zəhərlənməsində əlaqəsi olmaqda ittiham etmişdi.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə bəyan etmişdi ki, Moskvanın olayla heç bir əlaqəsi yoxdur.

Bununla yanaşı, Reuters agentliyi yazır ki, hazırda Rusiya səfiri Britaniya XİN-nə çağırılıb. Böyük Britaniya BMT TŞ-ni Skripalın zəhərlənməsi olayı ilə bağlı təcili toplanmağa çağırıb.

Qeyd edək ki, Skripal 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və dövlətə xəyanətdə ittiham edilərək haqqında 13 il həbs qərarı çıxarılıb, bütün rütbə və mükafatları əlindən alınıb. 2010-cu ildə isə ABŞ tutduğu 10 rus cəsusu ilə dəyişdirilib. Elə həmin ildən Böyük Britaniyada sadə həyat sürür.

Xəbər 1434 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +