“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


05.02.2025  14:39 

İki yeniyetməni zorladı... - TÜKÜRPƏDƏN CİNAYƏTİN DETALLARI





A+  A-

Yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə və onlardan birinin ölümünə səbəb olmaqda təqsirləndirilən Xanlar Ağayevin cinayət işinin detalları məlum olub.

XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, o, təxminən 2021-ci ilin iyun ayında həmkəndlisi, 2008-ci il təvəllüdlü Nadir Əliyevi (ad və soyadı şərtidir) işləmək adı ilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi yaşayış evinə dəvət edib.

Təqsirləndirilən şəxs evdə tək olmalarından, eyni zamanda, Nadirin 14 yaşına çatmadığını və sadəlövh olduğunu əvvəlcədən bildiyi üçün cinayət əməlini həyata keçirmək qərarına gəlib. Yeniyetməni çəkic-kəlbətin gətirmək adı ilə həyətdəki tikiliyə göndərib, özü də arxasınca gedib. Həmin vaxt artıq tikilinin içində olan yeniyetmənin köməksiz vəziyyətindən istifadə edərək qolundan, daha sonra isə boynundan tutaraq, oradakı yatacağın üstünə yıxıb və təcavüz edib.

Bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb və zorakılıq əməli 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində ayrı-ayrı vaxtlarda təkrarlanıb.
Bundan başqa o, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində digər həmkəndlisi, 2007-ci il təvəllüdlü Rauf Həsənovu (ad və soyadı şərtidir) eyniməzmunlu yalanla yaşadığı evə dəvət edib.

Daha sonra yeniyetmənin köməksiz vəziyyətindən istifadə etməklə, ona qarşı da eyni xarakterli zorakılıq hərəkətləri edib.

Onu da hədə-qorxu ilə özündən asılı duruma salıb, 2024-cü ilin yanvar ayınadək çirkin əməlini davam etdirib.

11 yanvar 2024-cü il tarixdə, saat 11-12 radələrində yeniyetmə yaşadığı evin həyətindəki tikilidə kəndirlə özünü asaraq intihar edib.

Xanlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 150.2-1.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər 1368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +