Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


19.08.2023  20:57 

Qubad İbadoğlunun ailə üzvləri ilə görüşü baş tutub





A+  A-

"Həbsinin 28-ci günündə, nəhayət ki, Qubad İbadoğlunun ailə üzvləri ilə görüşü baş tutub. Görüş üzbəüz deyil, "məhbəs içində məhbəs rejimində" - şüşə arxasından telefonla ünsiyyət yaratmaqla gerçəkləşib".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul çıxış edib.

O, bildirib ki, ilkin təəssüratları qorxuludur:

"Qubad müəllim kəskin şəkildə arıqlayıb, sifətinin rəngi təbii deyil, həbsxanada yeni xəstəliklər "qazanan" qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir. Qardaşım danışarkən onda nevrozun əlamətləri hiss olunur. Həbsdə olduğu 28 gündə qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. Bütün bu səbəblərdən aortanın anevrizmasında reqresi (geri dönüşü) mümkün olmayan proqres davam edir. Qorxduğumuz başımıza gəlir, şərlənərək həbs olunmuş qardaşım sağlamlığını sürətlə itirir. Baş verəcəklərə görə bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir".


Xəbər 1223 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +