Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


11.11.2022  10:46 

Bizim kəndin “qaişnik” İsrafili...





A+  A-

Bizim kəndin “qaişnik” İsrafili olduqca təvazökar və səmimi insan idi. Görkəmcə “Mixaylo”ya da bir qədər oxşarlığı vardı.

Əsasən, rayon mərkəzinin girişində dayanar, heç vaxt ötüb-keçən nəqliyyat vasitələrinin arxasıyca “yağlı” tikə kimi həsrətlə baxmaz, elə ona görə də heç kim onunla eyni postda “yoldaşlıq” etmək istəməzdi.

Bu adam xidmət etdiyi müddətdə hər hansı nəqliyyat vasitəsini haqsız yerə saxlamaz, xüsusən də yük maşınlarını görəndə üzünü kənara çevirərmiş. Düz, yaxud səhv edib – bununla işim yox, sadəcə, o da bu sayaq “qaişnik” olub. Amma heç kim onun bu jestindən sui-istifadə etməyib – demək olar ki, bütün sürücülər qayda pozuntusuna yol verməməyə çalışıb, hətta bir çoxları özləri miniklərini saxlayaraq, ona yan alıblar...

İndi hər dəfə müxtəlif miniklərdə DYP-nin Qaradağ və Salyan postundan keçəndə və dübarə, buradakıların mübarək çöhrəsini görəndə qeyri-ixtiyari “qaişnik” İsrafilin özünə və yeddi arxadönəninə rəhmət oxuyuram.

V.Hüseynov
XəzərNews.az


Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +