Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


29.10.2022  16:46 

QHT Koalisiyası İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində - Görüş





A+  A-

Oktyabrın 25-də İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, görüşdə Baş İdarənin şöbə rəisi Araz Babayev və baş əməliyyat müvəkkili Vamiq Naməndzadə, İnsan alverinə qarşı mübarizə üzrə QHT-lərin Koalisiyasının rəhbəri Mahirə Əmirhüseynova və Koalisiyaya üzv olan 13 QHT nümayəndəsi iştirak ediblər.

Görüşdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq yarımbəndlərinin birgə icra vəziyyəti və QHT-lər tərəfindən insan alverinə qarşı mübarizə sahəsində ABŞ təcrübəsinin öyrənilməsinə daha çox diqqət yetirilib.

Tədbirdə A.Babayev insan alverinə qarşı aparılan mübarizə, qanunvericilik və beynəlxalq əməkdaşlıq haqqında məlumat verib.

Sonra Vamiq Naməndzadə çıxış edərək, QHT-lər tərəfindən insan alverinə qarşı mübarizə sahəsində ABŞ təcrübəsi barədə danışıb, verilən sualları ətraflı cavablandırıb.
Daha sonra Koalisiyanın rəhbəri Mahirə Əmirhüseynova məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi işinin davam etdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verib.





Xəbər 1182 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +