Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


15.12.2021  15:42 

Sabiq direktor 46 min manat mənimsəyib





A+  A-

Lənkəran rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Rahib Quliyev dövlətdən 46 min manat mənimsəyib.

XəzərNews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, sabiq direktor Rahib Quliyev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış işin istintaqı aparılıb.

İstintaqla Rahib Quliyevin Dövlət Məşğulluq Xidmətinin digər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub 29 vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 145 min manatın 99 min manatını ödəyib, 46 min manat dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rahib Quliyevə Cinayət Məcəlləsinin 179.2.1 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.

Xəbər 1520 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +