Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


09.11.2020  13:48 

Paşinyan müxalif fraksiyaların bu tələbi qarşısında aciz qalıb





A+  A-

Qarabağda gedən döyüşlərdə məğlub olan Ermənistanın rəhbərliyi həm də ölkədə hökm sürən pandemiya xaosu, iqtisadi böhran və siyasi qarşıdurmalar qarşısında çarəsiz vəziyyətə düşüb. Belə ki, hazırkı Ermənistan iqtidarına müxalif mövqedə dayanan qüvvələrin az qala hamısı Paşinyana qarşı birləşiblər. Əksəriyyəti Rusiyameylli olan erməni müxalifət qüvvələri sabiq prezident Robert Köçəryanın həbsdən buraxılmasından sonra daha da fəallaşıblar.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, müxalif parlament fraksiyaları yenidən baş nazir Nikol Paşinyanla görüşməyi tələb ediblər. Bu barədə “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” parlament partiyalarının rəhbərlərinin bəyanatında deyilir.

“Təxminən iki həftə əvvəl “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” fraksiyalarının rəhbərləri Qaqik Tsarukyan və Edmon Marukyan baş nazir Nikol Paşinyana Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təklifi ilə müraciət etdilər, lakin bu, baş vermədi”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 27 oktyabrda Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri də Baş nazir Nikol Paşinyana ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyi təklif etmişdilər.

Xəbər 1889 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +