Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


20.12.2019  11:20 

Yunis Səfərovun məhkəməsinin vaxtı açıqlandı





A+  A-

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevi başından güllələməkdə, onun mühafizəçisi, polis əməkdaşı Qasım Aşbazovu yaralamaqda təqsirləndirilən Yunis Səfərovun məhkəməsinin vaxtı təyin edilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində cinayət işinin məhkəmə istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə aparılacaq. Məhkəmənin ilkin hazırlıq iclası 2020-ci il yanvarın 7-si saat 11:00-a təyin edilib.

Y.Səfərovla birgə Ceyhun Salahov, Hamlet Abdullayev, Rasim Mustafayev, Cəfər Zalov, Vüqar Məmmədov, Akif Əliyev, Firudin Zeynalov, Ceyhun Qurbanov, Anar Bağırov, Ağa Sərxani, Mahir Əziz oğlu təqsirləndirilir. Bu dəstə ümumulikdə 32 maddə ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslər siyahısında isə keçmiş başçı Elmar Vəliyev və polis Qasım Aşbazovdan başqa, Elşən Nəsibov, Natiq Əhmədov, Elşən Süleymanov və İftixar Rüstəmov da var.

Xəbər 1641 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +