Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


18.12.2019  16:18 

Bakının bu ərazisində su çənləri yığışdırıldı - İki gündür su yoxdur





A+  A-

Binəqədi rayonu Mir Cəlal Paşayev küçəsinin sakinləri susuzluqdan əziyyət çəkir.
XəzərNews.az Oxu.Az-a istinadən xəbər verir ki, 9-cu mikrorayon, bina 133-də bir neçə gündür su çənləri yığışdırılıb.
Sakin Ravil Novruzovun sözlərinə görə, su çəni götürülərkən bildirilib ki, artıq su saatla verilməyəcək. Amma iki gündür sözügedən ünvanda səhər və axşamın müəyyən saatlarından başqa vaxt su verilmir.

R.Novruzov problemlə bağlı Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Amma onun şikayəti qəbul edilməyib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində təmirə ehtiyacı olan binalar müəyyən edilərək mərhələli şəkildə onların bərpasına başlanılıb:

“Dam örtüklərinin təmiri ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, binalarda yağış sularına qarşı izolyasiya işləri həyata keçirilməkdədir. Bildirək ki, təmir işləri çərçivəsində qeyd edilən ünvanda yalnız lift şaxtalarının üzərində qurlaşdırılmış su çənləri götürülüb və ya yerləri dəyişdirilib”.

Xəbər 3966 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +