Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


08.10.2017  12:45 

Azərbaycanlı qadını zorlamaq istədi, yandırdı - Türkiyədə dəhşətli hadisə + VİDEO





A+  A-

Türkiyənin Samsun vilayətinin Çarşamba rayonunda Azərbaycan əsilli qadın kimyəvi turşu ilə yandırılıb.
XəzərNews.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, iki uşaq anası olan 41 yaşlı qadın tanışı olan samsunlu R. P.-dən (ad və soyadının baş hərfi) borc pul almaq üçün onun evinə gedib.

İddia olunur ki, Arzu İsmayılova evdə R. P.-nin cinsi təcavüzünə məruz qalıb. O, müqavimət göstərdikdə isə qarşı tərəf İsmayılovanın üzünə kimyəvi turşu töküb.

Yaralanan qadın evdən qaçaraq kömək istəyib.

Üzü, qolları və bədəni yanan qadın Samsun Araşdırma Xəstəxanasının Yanıq Müalicə Mərkəzinə aparılaraq müalicəyə götürülüb.

A. İsmayılova polisə açıqlamasında 3-4 il öncə Azərbaycandan Samsuna gəldiyini, borc pul istədiyi şəxsin yaşlı kişi olduğunu bildirib.

Şübhəli R. P.-nin polis tərəfindən saxlanıldığı və dindirildikdən sonra sərbəst buraxıldığı qeyd olunur.


Xəbər 1433 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +