Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


07.04.2017  17:26 

Azərbaycanda seçicilərin siyahısı dəqiqləşdirilir





A+  A-

Aprelin 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 sentyabr və 11 oktyabr 2016-cı il, eləcə də 6 mart 2017-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
XəzərNews.az xəbər verir ki, sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.

MSK-nın iclasında həmçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Cari məsələlərin müzakirəsi zamanı seçici siyahılarının dəqiqləşdirilməsi prosesindən danışılıb və qeyd edilib ki, yanvar ayının əvvəllərindən başlanılmış bu irimiqyaslı prosesə may ayının sonlarında yekun vurulacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi hazırda davam edir.

"Hazırda əlimizdə olan məlumata görə, Azərbaycanda 5 163 927 seçici var. Bu, keçən illə müqayisədə 36 816 nəfər çoxdur. Mayın sonuna qədər seçici siyahıları dəqiqləşdiriləcək”,- M.Pənahov deyib

Komissiyanın iclasında siyasi partiyaların 2016-cı il üzrə illik maliyyə hesabatlarının MSK-ya təqdim olunması fəaliyyəti ilə bağlı vəziyyət də müzakirə olunub.

M.Pənahov maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.
O bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.
Onun sözlərinə görə, problemin yaranma səbəblərindən biri də bir sıra partiya sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.
“Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər".

Xəbər 1843 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +