Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.10.2020  09:07 

Bosniya və Herseqovina XİN Azərbaycanı dəstəklədi





A+  A-

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, Xarici İşlər naziri Bisera Turkoviç “Radiosarajevo.ba” radiosuna müsahibə verib.
XəzərNews.az xəbər verir ki, müsahibədə dost ölkənin siyasətçisi Azərbaycanın ədalətli mövqeyini bir daha dəstəkləyib.

“Dağlıq Qarabağ bölgəsi ilə bağlı məsələyə gəldikdə, mövqeyimiz budur ki, biz, BMT-nin bütün qətnamələrini və beynəlxalq təşkilatların digər aktlarını dəstəkləyirik. Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatasında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək adlı qətnamə qəbul edilib. Hər kəs bu qətnamənin lehinə səs verib. Bu qətnamə ilə beynəlxalq təşkilatların bütün tövsiyələrinin, qətnamələrinin və bəyannamələrinin, xüsusən də Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eyni zamanda Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasına çağırış etdik. Beləliklə, bu, xarici siyasətə sadiq olduğumuz ümumi mövqeyimizdir. Bosniya və Herseqovina gələcəkdə də beynəlxalq hüququ, ilk növbədə ədaləti, eyni zamanda qəbul edilən bütün beynəlxalq və daxili qətnamələri rəhbər tutacaq”, - deyə Bisera Turkoviç müsahibəsində qeyd edib.

Xatırladaq ki, B.Turkoviçin bəhs etdiyi Xalqlar Palatasının məlum qətnaməsi 2013-cü ilin fevralın 26-da qəbul edilib.

Xəbər 2074 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +