Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.10.2017  11:57 

Xarici İşlər Nazirliyi bəyanat verdi





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkdilli Dövlətlərin Əməkdaşlıq günü ilə bağlı bəyanat yayıb.
XİN-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən bəyanatda deyilir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır.

Azərbaycan Respublikası Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir.

3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə Türk Şurasına üzv dövlətləri və təşkilatın Katibliyi səmimiyyətlə təbrik edirik", - deyə bəyanatda bildirilir.

Xəbər 1048 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +