Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.10.2017  12:48 

Şöbə müdirindən qriplə bağlı XƏBƏRDARLIQ





A+  A-

Havanın temperaturunun kəskin düşməsilə hər birimizin ən yüngül xəstəlik sandığımız , həkimə getmədən evdə müalicə etməyə çalışdığımız soyuqdəymə, qripə yoluxma halları kəskin artıb.
Əslində qrip virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilkin əlamətləri asqırma və qızdırma olur. Qrip virus tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır.

Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəmə çevrilir, ağırlaşma hallarında isə ölümlə nəticələnir. Biz isə ya həkimlərə, ya dərmanlara inamsızlıqdan xəstəliyi evdə, “moruqlu”, “zoğallı” çayla sağaltmağa çalışırıq...

Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Modern.az-a açıqlamasında deyib ki, qrip virusu ilə bağlı iki nümunə daxil olub:

“Onlarda da nəticə mənfi olub”-deyə o bildirib.

R.İsmayılova qeyd edib ki, özündə qrip əlamətləri hiss edən şəxslər mütləq həkimə müraciət etməlidirlər:

“Bizdə əksəriyyət ev şəraitində müalicə alır. Ağırlaşma olanda isə “qripdir, keçəcək” deyirlər. Əslində isə həkimə müraciət etmək lazımdır”.

Xəbər 1490 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +