“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.07.2021  11:48 

Ərdoğan etirazlardan sonra rektoru işdən çıxardı





A+  A-

Türkiyənin Boğaziçi Universitetinin rektoru Melih Bulu vəzifəsindən azad edilib.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb. Bununla da universitetdə 6 aydan artıqdır davam edən aksiyalar, evə basqınlar, həbslər dövrü başa çatıb.

Qeyd edək ki, Ərdoğanın 2021-ci ilin yanvar ayında Melih Bulunu Boğaziçi universitetinə rektor təyin etməsinin ardından ali təhsil müəssisəsini etirazlar dalğası bürüyüb. Belə ki, universitetin elmi işçiləri və tələbələri Melih Bulunun rektor olaraq təyin olunmasına qarşı etiraz aksiyaları, yürüşlər təşkil edirdilər. Onlar universitet ənənəsinə uyğun olaraq rektorun Boğaziçi Universitetində professor olması lazım olduğunu müdafiə edirdilər.

Yeni rektor vəzifəsində yalnız 194 gün qala bilib. Universitetə Bulunun köməkçisi Mehmet Naci İnci müvəqqəti olaraq rəhbərlik edəcək.

Xəbər 1861 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +