“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.07.2019  22:24 

“MegaFon” Azərbaycana qarşı təxribata əl atan əməkdaşını cəzalandırıb





A+  A-

Rusiyanın mobil operatoru "MegaFon" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə "Meqafon" şirkətindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib.

Oxuculara "MegaFon" şirkətinin məktubunu təqdim edirik:

"Şirkətin veb saytının yenilənməsi ilə bağlı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazi kimi təqdim olunduğu səhv məlumatlar aşkar edilib. Səhv, şirkətin rəhbərliyi tərəfindən aşkar edildikdən sonra dərhal düzəldilib. "Meqafon" şirkəti hazırda bununla bağlı daxili təhqiqat aparır. Sayta həmin məlumatı yerəşdirməyə görə məsuliyyət daşıyan əməkdaşlar isə vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

"Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdir. Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq istəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

Məktub "Meqafon"un Direktorlar Şurasının sədri Yevgeni Bıstrıx tərəfindən imzalanıb.

Xəbər 1421 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +