FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


24.03.2025  12:56 

Uşağın ölümündə kimdir günahkar: Mama-ginekoloq, yoxsa Baş həkim?





A+  A-

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz instaqram hesabında uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatova ilə bağlı paylaşım edib.

XəzərNews.az xəbər verir ki, o, həkimin məktubunu paylaşıb.

Aydın olub ki, doğuşdan sonra Saatlı RMX-nın baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb.

"Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq.

Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əksi heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər “əsas həkimi cavab verəcək”, deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir.

"Tovuz RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləyib.

Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm.

Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olmuşdur. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq – yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa perinatal mərkəzə təxliyyəsinin təmin olunması üçün “konsilium” təşkil etdim.

Lakin, xəstəxanada küvez və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvezə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxlanıldıqdan sonra, körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu “tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzinə təxliyyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvezə yerləşdirilməmiş, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış "ürək qüsuru" diaqnozu qoyulmuş, süni ventilyasiya aparatına qoşulmamışdır".

Xəbər 1574 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +