Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı


10.01.2023  10:24 

Avtomobil yollarında vəziyyət necədir?





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

XəzərNews.az həmin məlumatı təqdim edir:

1. “ZƏFƏR” yolu: Yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2. Toğanalı - Kəlbəcər - İstisu: Yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 8-13 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

3. Bakı - Quba: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində qar yağır. Quba-Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14-16 dərəcə şaxta var.

4. Giləzi - Xızı: Xızı rayonu ərazisində yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5. Bakı-Qobustan: Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol açıqdır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Qobustan - Şamaxı - Muğanlı: Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 3-4 dərəcə dərəcə şaxta var. Geçə saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

7. Muğanlı – Ağsu-Yevlax: Yağıntı yoxdur, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

8. Muğanlı - İsmayıllı: Zəif qar yağır, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

9. İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Zəif qar yağır, Qəbələ və İsmayıllı rayonları ərazisində 8-9 şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yolun Oğuz - Şəki hissəsində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

10. Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəmkir - Gədəbəy: Marşrut boyu yağıntı yoxdur. 7-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12. Gəncə - Daşkəsən: Marşrut boyu yağıntı yoxdur. 11 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13. Ələt - Astara: Yağıntı yoxdur, yola qum-duz səpilib. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14. Masallı – Yardımlı: Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunur.

15. Lənkəran – Lerik: Lerik rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var,qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

16. Bakı - Ələt – Hacıqabul - Ucar – Yevlax: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Yevlax- Gəncə - Qazax: Yağıntı yoxdur, yola qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Xəbər 1005 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +