Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi


12.11.2020  11:24 

Sülhməramlı missiyada helikopterlərdən də istifadə olunur





A+  A-

Rusiya Aerokosmik Qüvvələrinin “Mi-8” və “Mi-24” helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyatına cəlb ediləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 8 ədəd “Mi-8” və “Mi-24” helikopteri “An-124” Ruslan hərbi nəqliyyat təyyarəsi vasitəsilə İrəvan aerodromuna çatdırılıb.

“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcək”,- deyə açıqlamada qeyd olunub. Bundan əlavə, vertolyotlar sülhməramlı kontingentin heyət və əmlakının çətin keçidli ərazilərə çatdırılmasını təmin edəcək.

Qeyd edək ki, daha əvvəl Baş Qərargah bir gündə 414 nəfərlik rusiyalı sülhməramlı heyətinin, onlarla avtomobilin və digər vasitələrin, habelə 8 helikopter və pilotsuz təyyarənin Dağlıq Qarabağa gətirildiyini bildirmişdi. Ümumilikdə qruplaşmaya 1960 atıcı silahlı hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və digər texnikanın daxil olduğu qeyd olunub.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə və Rusiya arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb.

Memorandumu Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu imzalayıb.

Xəbər 2607 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +