Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


18.08.2024  22:21 

Koxalski barəsində dəqiq fikir söyləmək çətindir çünki...-Emin Abbasov





A+  A-

Xəzərnews.az xəbər verir ki, 24media.az-ın bu dəfə ki, qonağı Futbol eksperti Emin Abbasov olub. O, klubun yeni qapıçısı Mateuş Koxalski haqqında fikirlərini bildirib.



Qarabağ FK ötən günlərdə növbəti transferini reallaşdırdı. Sizcə, yeni qapıçı Mateuş Koxalski klubun gələcək oyunlarında uğurlu ola biləcəkmi?

Mateuş Koxalski barəsində dəqiq fikir söyləmək çətindir. Çünki ölkəyə, komandaya necə uyğunlaşacağını dəqiq demək olmur. Amma qapıçı transferi mütləq idi. "Ludoqorets"lə oyunlar göstərdi ki, Buntiç "Qarabağ"ın yükünü daşıyacaq qapıçı deyil. Bəlkə zamanla uyğunlaşar. Amma indiki forması ilə əminlik vermir. Ümidlər Koxalskiyədir. Onun ötən mövsüm Polşa çempionatının ən yaxşı qapıçısı seçilməsi də bu ümidləri artırır. Koxalski ilə daha dəqiq fikirlər bildirmək üçün qarşıdakı oyunlarda çıxışını izləmək lazım gələcək.

Klubun keçmiş qapıçısı Andrey Lunev "Qarabağ" üçün uğurlu qapıçı olmuşdu. Mateuş Koxalskinin Polşa çempionatındakı uğurlarına əsasən deyə bilərikmi, o, Lunev-i layiqincə əvəz edə biləcək?

Qəti fikir ona görə söyləmək olmur ki, hansısa futbolçunun səviyyəli və səviyyəsiz olması bir kənara, uyğunlaşması da çox vacibdir. Məntiqlə götürsək, Koxalski yaxşı qapıçıdır. Adaptasiyada problem olmasa, xeyir verəcəyi dəqiqdir.

Xəbər 6422 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +