Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


24.01.2020  16:49 

Lukaşenko: “Bunu etsəm, belaruslular məni “yeyərlər””





A+  A-

Belarusun suverenliyinin Rusiyaya “qarışma”sına icazə verə bilmərəm, əks halda, qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib:

“Bizim öz ölkəmiz var, suveren və müstəqilik. Biz öz əllərimiz və beynimizlə nə bacarırıqsa qazandıq, öz ölkəmizi qururuq. Biz heç bir ölkənin tərkib hissəsi ola bilmərik. Mən sizi sata və hətta qardaş Rusiya da olsa belə, Belarusun “qarışma”sına icazə verə bilmərəm”.

Lukaşenko, həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə iki il əvvəl görüşü zamanı da bu cür addımı Belarusda heç kimin ata bilməyəcəyini qeyd etdiyini söyləyib.

“Əgər hətta mən bu addımı atsam da, bu cür qərarın qəbulundan sonra bir il ərzində belaruslular məni “yeyərlər”. Birinci prezident olmaq şərəflidir, lakin sonuncu olmaq istəmirəm, - deyə Lukaşenko vurğulayıb.

Xəbər 2195 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +