Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


13.01.2022  18:48 

Əqrəbləri tərsinə işləyən saat kimi...





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tamamilə düz deyir, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni dövrə girmişik.

Ancaq yeni dövrə girən yalnız bizik, Ermənistan rəhbərliyi və əksər ermənilər isə elə köhnə dövrdə və əvvəlki düşüncələrində qalıblar.

Bunu Nikol Paşinyanın bu gün (yanvarın 13-də) Ermənistan hökumətinin iclasında çıxışı zamanı dilə gətirdiyi fikirlərdən də görmək mümkündür.

Sitat:
"Təəssüf ki, sərhəddə insan tələfatı ilə nəticələnən hadisələr davam edir. Biz öz siyasətimizi elan etmişik. Mən iki şey haqqında danışmışam, bu, hökumətin proqramında da öz əksini tapıb. Bizim əsas vəzifələrimizdən biri də ölkəmizin müdafiə qabiliyyətini ardıcıl olaraq artırmaqdır. Ki, ölkəmiz və region üçün elan etdiyimiz dinc inkişaf gündəmini açaq. Bunun üçün güclü əsəblərə ehtiyacımız var. Ermənistanın ətrafında sabit və təhlükəsiz mühitin formalaşması üçün hər şey edilməlidir. Bu, bizim ən mühüm siyasi vəzifəmizdir, xüsusən də müharibədən və növbədənkənar parlament seçkilərindən sonra. Biz bu gündəmi ardıcıl olaraq irəli sürəcəyik”,- Paşinyan belə deyib.

Bu adam (əlbəttə, əgər adam demək mümkünsə) yenə də ölkəsinin müdafiə qabiliyyətinin ardıcıl olaraq artırılmasından dəm vurur. Əsl həqiqətdə isə söhbət Ermənistan ordusunun modernizasiyasından və yeni silahlarla silahlandırılmasından gedir...

Bu açıqlama bir daha onu göstərir ki, erməni liderlərində də, erməni toplumunda da kollektiv ağıl dünya təcrübəsinə tamamilə əks istiqamətdə işləyir. Çünki biz dünya hərb tarixindən bilirik ki, adətən müharibədə məğlub olan ölkənin rəhbərliyi də, xalqı da ilk növbədə müharibənin yaralarını sarımağa, dağıntıları aradan qaldırmağa, əvvəlki normal həyatı bərpa etməyə və iqtisadi dirçəlişi təmin etməyə səy göstərir.

Ancaq erməni ağlı isə əqrəbləri tərsinə işləyən saat kimi işləyir. Məhz bunun nəticəsidir ki, KTMT-nın dönəm sədri olmasından eyforiyaya qapılan Paşinyan da, Paşinyana düşmən kəsilən sabiq prezidentlər Robert Köçəryan və Serjik Sərkisyan da, ermənilərin ictimai fəal kəsimi də zaman-zaman revanşizmə can atırlar.

Hazırkı situasiyada sülhə nail olmağı deyil, ölkəsinin müdafiə qabiliyyətinin ardıcıl olaraq artırılmasını özü üçün prioritetə çevirən bir baş nazirə ağıllı adam demək əsla mümkün deyil.

Bəybala Mirzəyev

Xəbər 5675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +