Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.07.2021  14:08 

Rusiyadan sərhəddəki vəziyyətlə bağlı açıqlama





A+  A-

“Azərbaycanla Ermənistanı vəziyyəti pisləşdirə biləcək fəaliyyətlərdən çəkinməyə çağırırıq”.
XəzərNews.az xəbər verir ki, bu fikirlər Rusiya XİN-in Məlumat və Çap Departamentinin müdürünün müavini Aleksandr Bikantovun iki ölkə arasındakı sərhəddə vəziyyət ilə bağlı şərhində yer alıb.

“Azərbaycan-Ermənistan sərhədinin müxtəlif hissələrində bu yaxınlarda baş verən və insan ölümünə səbəb olan silahlı insidentlərdən ciddi narahatıq. Həlak olanların ailələrinə başsağlığı verir, zərərçəkmiş və yaralılara şəfa diləyirik”, - deyə o bildirib.

XİN rəsmisinin sözlərinə görə, sərhəddə vəziyyət gərgin olaraq qalır: “Tərəfləri gələcəkdə vəziyyəti pisləşdirə biləcək istənilən fəaliyyətdən çəkinməyə, yaranan bütün məsələləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq”.

Bununla yanaşı qeyd olunur ki, Moskva hər iki ölkənin sərhədində vəziyyətin normallaşdırılması üçün gələcəkdə də bütün köməkliyi göstərməyə hazırdır.

Həmçinin vurğulanır ki, rəsmi Moskva Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlar çərçivəsində Cənubi Qafqaz regionunun sabitlik, təhlükəsizlik və çiçəklənmə zonasına çevrilməsi üçün fəal olaraq çalışmaq niyyətindədir.

Xəbər 2601 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +