Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?


07.09.2022  17:07 

Vərəm xəstələrinə sosial və psixoloji dəstək...- Layihə





A+  A-

Sentyabrın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yoluxucu Xəstəliklərlə Mübarizə ” İctimai Birliyi tərəfindən “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” adlı layihənin icrasına başlanılıb.

XəzərNews.az xəbər verir ki, layihənin məqsədi həssas qrupun nümayəndələri olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək verməkdən ibarətdir.

Layihə çərçivəsində həssas qrupunun nümayəndələri olan vərəm xəstələrinin psixoloji reabilitasiyasına dəstək göstəriləcək. Bunun üçün artıq uzun illər bir çox həssas qruplar üçün Avropada təşkil edilən danışıq klubları formatında tədbirlər həyata keçiriləcək.

Uğurlu həyat hekayəsi olan keçmiş vərəm xəstəsi olub sağalmış moderator Bakı şəhərində yerləşən 4 saylı və 9 saylı vərəm dispanserlərində öz müalicə tarixçəsini onlarla bölüşərək motivasiya verəcək və müalicələrinin müsbət nəticəsi olacağına ümid yaratmağa çalışacaq.

Layihə çərçivəsində həmin xəstələrə psixoloji dəstəklə yanaşı, həm də sosial yardım da göstəriləcək və onlara maddi imkanları aşağı olduğu üçün almaqda çətinlik çəkdikləri zəruri məişət ehtiyacılarını ödəyən vasitələr paylanılacaq.

Xəbər 1415 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +